FIFA prezidenti Canni İnfantino Donald Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Arena.az məlumat verir ki, İnfantino bu barədə özünün şəxsi sosial şəbəkə hesablarında yazıb:
“Təbrik edirəm, cənab Prezident! Bizi Amerika Birləşmiş Ştatlarında yaxşı FIFA Dünya Kuboku və əla klublararası dünya çempionatı gözləyir! Futbol dünyanı birləşdirir!”, – FIFA prezidenti paylaşıb.
Xatırladaq ki, yenilənmiş tərtibat əsasında FIFA Klub Dünya Kuboku 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Yarışın yeni tərtibatı üzrə iştirakçıların sayı 7 komandadan 32 komandaya yüksəldilib. Yarışda Afrika, Asiya, Avropa, Amerika və Okeaniya klubları iştirak edəcəklər.
2026-cı il FIFA Dünya Kuboku isə həmin il Kanada, Meksika və ABŞ-ın birlikdə təşkilatçılığı ilə iyun ayının 11-dən iyul ayının 19-na qədər müddəti əhatə edəcək.


