FIFA cari ilin qış transfer pəncərəsində klub xərcləri üzrə rekord vurulduğu barədə məlumat verib və müvafiq hesabatı açıqlayıb.
Arena.az bu barədə FIFA-nın rəsmi saytına istinadən məlumat verir.
Belə ki, cari ilin qış transfer pəncərəsində futbol klubları 5863 transfer həyata keçiriblər. Bu keçidlərin əməliyyat məbləği 2,35 milyard ABŞ dolları təşkil edir.
Müvafiq xərc göstəricisi qış transfer pəncərəsi üçün rekorddur. Vurğulayaq ki, keçidlərin ümumi sayı da rekord olaraq əlamətdardır.
Qış transferlərinə İngiltərə klubları daha çox xərc çəkiblər – 621,6 milyon ABŞ dolları məbləğində. İlk beşliyi Almaniya (295,7 milyon ABŞ dolları), İtaliya (223,8 milyon ABŞ dolları), Fransa (209,7 milyon ABŞ dolları) və Səudiyyə Ərəbistanı (202,1 milyon ABŞ dolları) klublarının fəallığı müəyyənləşdirib.


