Fil Foden 2027-ci ilə kimi “Mançester Siti”də!

İngiltərənin “Mançester Siti” klubu yarımmüdafiəçisi Fil Foden ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Foden, klubun rəsmi saytına açıqlamasında yeni müqavilə barədə bunları söyləyib: “Sevincimi sözlərlə başa salmaq çətindir. Həyatım boyunca “Mançester Siti” tərəfdarı olmuşam. Bu klubu çox sevirəm. 2027-ci ilə qədər burada qalacağım üçün çox xoşbəxtəm”.

Fil Foden “Mançester Siti”nin öz yetirməsidir. O, 17 yaşından əsas komandada oynamağa başlayıb. İngilis vinger indiyə qədər “şəhərlilər”in heyətində 182 matça çıxıb, 52 qol vurub, 36 məhsuldar ötürmə müəllifi olub.

Foden bu komanda ilə 11 mükafata sahib çıxıb. Həmin titulların siyahısını təqdim edirik:

İngiltərə Premyer Liqasının qalibi – 2017/18, 2018/19, 2020/21, 2021/22
İngiltərə Liqa kubokunun qalibi – 2017/18, 2018/19, 2019/20, 2020/21
İngiltərə Super Kubokunun qalibi – 2018, 2019
İngiltərə Federasiya Kubokunun qalibi – 2018/19

Foden İngiltərə yığmasında da 18 oyun keçirib və 2 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: