Filip Foden klublararası DÇ-nin intizarındadır

“Mançester Siti”nin 25 yaşlı ingilis sağ cinah hücumçusu Filip Foden klublararası dünya çempionatının intizarında olduğunu bildirib.

Arena.az “Goal” dərgisiniə istinadən, ingilis futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Mən bu yarışı səbirsizliklə gözləyirəm. Orada dünyanın ən yaxşı klubları oynayacaqlar. Bizim üçün bu, əvvəllər qarşılaşmadığımız nəsə yeni bir məqam olacaq. Amma daha əvvəl dediyim kimi, belə bir yarışda iştirak etmək və hətta ona hazırlaşmağın özü belə, olsun ki, inanılmaz dərəcədə əladır.

Bu, yeni mövsümə yaxşı hazırlıqdır, mən isə ümidvaram ki, biz ən yaxşı komandalarla qarşılaşa və qələbə qazana biləcəyik.

Əlbəttə, komanda yoldaşlarımızla müzakirə etmişik ki, qənimət uğrunda hamını məğlub etmək pis olmazdı. Biz buna can atırıq, bizim malik olduğumuz futbolçular və kollektivimizin keyfiyyəti sayəsində, mən əminəm ki, biz qalibiyyət əldə etmək iqtidarındayıq.

Mənim şəxsi və komana hədəflərim nədən ibarətdir? Yarışı qazanmaq, əlbəttə, amma yəqin ki, mənim şəxsi məqsədim – sadəcə olaraq oyundan zövq alamaq, ən yaxşı futbolçularla yarışmaq və malik olduqlarımı mütləq surətdə göstərməyə cəhddir. Düşünürəm, bu, mənə müvafiqdir”, deyə Filip Foden vurğulayıb.

Xatırladaq ki, 2025-ci ildə FIFA Klub Dünya Kuboku ilk dəfə olaraq 32 komandanın iştirakı ilə baş tutacaq. Yarış ABŞ-da keçiriləcək və 14 iyun – 13 iyul tarixlərini əhatə edəcək.

“Mançester Siti” yarışa “G” qrupunda başlayacaq. “Şəhərlilər”in rəqibləri “Yuventus” (İtaliya), “Əl-Əyn” (Birləşmiş Ərəb Əmirlikləri) və “Vidad” (Mərakeş) olacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: