İtaliyanın “Verona” klubunun sağ cinah yarımmüdafiəçisi Filippo Terraççano bundan sonra “Milan”ın formasını geyinəcək.
Arena.az bu barədə Milanın eyniadlı klubunun rəsmi saytına istinadən xəbər verir.
20 yaşlı futbolçu ilə müddəti 2028-ci il iyunun 30-na qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. “Milan” bu transfer üçün “Verona”ya 4,5 milyon avro ödəyib. Gənc futbolçu yeni komandasında 38 nömrəli formanı geyinəcək.
Filippo Terraççano “Verona”nın yetirməsidir O, 2021-ci ilin dekabr ayından əsas komandada forma geyinirdi. İtaliyalı oyunçu bu mövsüm 19 matça çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub. Teraççanonun “Verona” karyerası bütövlükdə 41 oyun və qol ötürməsindən ibarətdir.
Hazırda İtaliyanın U-21 yığmasında forma geyinən yarımmüdafiəçi U-18, U-19 və U-20-də də oynayıb.



