İtaliyanın “Fiorentina” klubu müdafiəçisi Petko Hristov ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
22 yaşlı bolqar futbolçu bundan sonrakı karyerasını “Spetsiya”da davam etdirəcək. Lakin “Fiorentina” gənc müdafiəçisini hansı qiymətə satdığını açıqlamayıb. Hristov yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.
Pekto Hristov 2017-ci ildən “Fiorentina”da idi. İtaliya klubu onu Sofiya “Slaviya”sından transfer etmişdi. Lakin Florensiya təmsilçisi onu geridə qalan mövsümlərdə müvafiq olaraq “Ternana”, “Bişelye” və “Pro Verçelli” klublarına icarəyə vermişdi.
Mərkəz müdafiəçisi olan Hristov Bolqarıstanın əsas millisinə də dəvət alır.