Flik: “Atletiko” ilə oyunda fantastik iş gördük”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya Kral Kubokunun yarımfinalında “Atletiko” ilə səfərdəki cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, evdə 4:4 hesablı heç-heçə oynamış “Barselona” səfərdə 1:0 hesablı qələbə sayəsində yarışın finalına yüksəlib.

Flik matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Mən çox xoşbəxtəm. Komandamla fəxr edirəm. Biz oyunun hər iki hissəsində fantastik iş gördük. Hər hissədə müxtəlif iş, amma çox yaxşı oynadıq. Biz, futbolda hər şeyin çox tez dəyişdiyini bilirik. İndi biz komanda üçün çox şadıq, biz çox tərəqqi edirik. Bu, dəyərlidir, amma özümüzü favorit hesab etməyə dəyməz. Mən ancaq növbəti oyna baxıram və beləcə hər həftə. Bizim, hər oyuna hazırlıq üçün üç günümüz var, oyunçuları bərpa etmək gərəkdir. Məşqlər indi daha çox bərpa məşğələlərinə bənzəyirlər”, – “Marca” nəşri alman mütəxəssisdən sitat gətirir.

İspaniya Kral Kubokunun finalına yüksəlmiş “Barselona” həlledici oyunda əzəli rəqibi Madrid “Real”ı ilə qarşılaşacaq. Oyun aprelin 26-da baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: