“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Kataloniya klubu ilə yeni müqaviləsinə dair danışıqlar haqda sualı cavablayıb.
Arena.az məlumat verir ki, daha əvvəl mətbuatda, “Barselona”nın alman mütəxəssislə müqaviləsinin müddətini 2027-ci ilini iyun ayının sonuna qədər uzatmaq haqda danışıqlar apardığı haqda məlumat yayılıb.
“Mənim cavabım müfəssəl olacaq. Mən burada malik olduqlarımı həqiqətən qiymətləndirirəm və bundan zövq alıram. Mənim fantstik heyətim və çox peşəkar oyunçulardan ibarət inanılmaz komandam var. Paltardəyişmə otağımızda inanılmaz ab-hava görürəm. Artıq dəfələrlə demişəm ki, bu, bir ailə kimidir. Bütün əməkdaşlarımız möhtəşəmdirlər və gərəkli işi yerinə yetirirlər. Bundan başqa, mən burada vaxtımı yaxşı keçirir və Barselonadan zövq alıram. Burada öz arvadımla yaşamaqdan xoşbəxtəm. Bu, mənim üçün yeni bir təcrübədir.
Mənim güc-qüvvəm çoxdur, həm də düşümürəm ki, biz hələ bir çox xüsusları təkmilləşdirə bilərik. Mən o məşqçilərdən deyiləm ki, daha üç il müddətinə müqvilə bağlamaq istəyir və özlərinə “hə, mənim vaxtım var”, deməyi rəva görürlər. Mənə daha çox, gündən günə işləmək xoşdur.
Klublda işlərin necə getdiyindən xəbərdaram. Bu, asan deyil, amma hamı razıdır. İl ötüb-keçsin – görək, nə olacaq. Əgər hamı razı qalsa, nə olacağını görəcəyik. Nə baş verəcəyi məlum deyil. Mən burada icra etdiyim işi nikbin notda başa vurmaq istərdim”.
Xatırladaq ki, 60 yaşlı Hansi Flik 2024-cü ilin iyulunda “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Flikin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Alman mütəxəssisin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.
Çalışdırdığı müddətdə Flik “Barselona”nı 49 oyuna çıxarıb, 37 qələbə, 6 heç-heç, 6 məğlubiyyət yaşayıb. Topların fərqi isə 146:50 nisbətindədir.
Kataloniya təmsilçisi cari mövsümdə bütün yarışlarda qalibiyyət iddiasını saxlayır. “Barselona” 2024/2025-ci illər mövsümü İspaniya Super Kubokunu artıq qazanıb, İspaniya Kral Kubokunun finalına yüksəlib, UEFA Çempionlar Liqasının 1/4 finalına çıxıb.
İspaniya La Liqasında isə Flikin “Barselona”sı 31 oyunda 70 xalla zirvədə qərarlaşıb.


