“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 30-cu turu çərçivəsində qarşılaşdıqları “Betis”lə ev oyununu şərh edib.
Arena.az alman mütəxəssisin oyunsonrası mətbuat toplantısında səsləndirdiyi müvafiq fikrini təqdim edir:
“Biz ikinci hissədə daha yaxşı nəticəyə nail omağa çalışdıq. İlk 45 və ya hətta 50 dəqiqədən sonra mən “Barselona”nın çıxışından son dərəcə narazı idim. İkinci hissədə gördüyümə isə çox müsbət yanaşıram. Biz buna gərəkli əvəzetmələrlə müvəffəq olduq”, deyə Flik vurğulayıb.
30 oyundan 67 xal toplamış “Barselona” İspaniya La Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Betis” isə 48 xalla 5-ci pillədədir.


