Flik “Leqanes” üzərində çətin səfər qələbəsini şərh etdi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 31-ci turunun autsayder “Leqanes”lə səfər oyununu (1:0) şərh edib.

Arena.az “Marca” nəşrinə istinadən, alman mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Bu, çox ağır və vacib oyun idi. Mən komandamın son həftələrdə və aylarda necə oynaması ilə qürur duyuram. Əlbəttə, bu üç xal bizim üçün çox vacibdir. Hər şey mükəmməl keçdi. Bəzən elə gəlir ki, oyunlar “Borussiya” və “Atletiko”ya qarşı oyunlara bənzəyir, amma bugünkü kimi çətin oyunlar da olur. Mən komandamla qürur duyuram, xüsusilə onun necə müdafiə olunması ilə. Cəld oynamaq çətin idi. Biz, mövqlərə uyğunlaşmaq və topa sahib olmaq haqda danışmışdıq. Əsası – zehniyyət və sona qədər mübarizədir”, deyə Hansi Flik vurğulayıb.

31 oyundan 70 xalla “Barselona” İspaniya La Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Leqanes” isə 28 xalla sonuncudan əvvəlki – 19-cu pillədə yer alıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: