“Barselona”nın alman baş məşqçisi Hans-Diter Flik “blauqrana”nın sıx oyun təqvimi ilə bağlı sualı cavablaması il diqqət çəkib.
Arena.az xatırladır kı, “Barselona”nı bu gün, martın 27-də və həmçinin martın 30-da İspaniya La Liqası çərçivəsində iki oyun gözləyir.
Üstəlik, “Barselona” beynəlxalq yaz fasiləsindən qayıtmış yorğun oyunçularla üç gün ərzində iki oyun keçirməli olacaq.
Bu gün “Barselona” La Liqanın 27-ci turundan təxirə salınmış oyun çərçivəsində “Osasuna”nı qəbul edəcək. Xatırladaq ki, bu oyun “Barselona”nın klub həkimi Karles Minyarro Qarsiyanın vəfatı səbəbilə təxirə salınmışdı.
Martın 30-a isə “Barselona” La Liqanın 29-cu turu çərçivəsində Kataloniya derbisində “Jirona”nı qəbul edəcək.
Nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romano məlumat verir ki, Flik bu təqvim sıxlığı ilə bağlı sualı, “Barselona”nın əzəli rəqibi “Real”a sataşmaqla cavablayıb:
– “Real” oyunları 72 saatdan az olan fasilələrlə oynamaqdan imtina edib. Sizə gəlincə, bu həftə necə olacaq?
– Biz – “Barsa”yıq, Madrid “Real”ı deyilik. Mən isə bizim – “Barsa” omağımızla fəxr edirəm.
Xatırladaq ki, daha əvvəl “Real”ın italyan baş məşqçisi Karlo Ançelotti ifrat sıx oyun təqvimini əsas gətirərək, “Real”ın 72 saatdan az fasilə olacağı halda, oyunlara çıxmayacağı ilə La Liqa rəhəbərliyini hədələmişdi.
Sözügedən komandaların İspaniya La Liqasının yarış cədvəlindəki möveyini təqim edirik:
- “Barselona” – 27 oyun, 60 xal;
- “Real” – 28 oyun, 60 xal;
- “Jirona” – 28 oyun, 34 xal;
- “Osasuna” – 27 oyun, 33 xal.


