“Real”ın prezidenti Florentino Peres klubun gənclərdən ibarət komandasının baş məşqçisi Raul Qonsalesi əvəzləmək istəyir.
Arena.az bu barədə “Sport.es”ə istinadən xəbər verir.
Florentino Peres klubun əfsanəvi sabiq futbolçusu Raulun yerində hazırda 19 yaşadək futbolçulardan ibarət komandada baş məşqçi olan Alvaro Arbeloanı görür.
Mənbənin məlumatına görə, Raulun özü vəzifəsində qalmaq istəyir və bunun üçün digər komandaların təkliflərini də rədd edir. Ancaq Raulun gedəcəyinin, Peresin isə öz “əzizi” olan Arbeloanı bu vəzifəyə təyin edəcəyinin əvvəlcədən planlaşdırıldığı deyilir. Arbeloa 19 yaşadək futbolçulardan ibarət komandada böyük işlər görüb və klubda bir çoxları onun yüksəlişə layiq olduğunu hesab edirlər.


