Florentino Peres: “Əziz Xabi Alonso, Madirdə xoş gəlmisən!”

“Real”ın prezidenti Florentino Peres 43 yaşlı ispan mütəxəssis Xabi Alonsonu “qaymaqlılar”ın baş məşqçisi vəzifəsində salamlayıb.

Arena.az “Marca” nəşrinə istinadən, Peresin müvafiq açıqlamasını təqdim edir:

“Biz Madrid “Real”ının sənin üçün nə demək olduğunu bilirik. Oyunçu ikən sən nəinki “Real”, həmçinin “Liverpul” və “Bayern”lə də qənimətlər qazanmısan. Əlbəttə ki, sən dünya çempionatını qazanmış İspaniya yığmasının da əfsanələrindən birisən. Bir məşqçi olaraq, sən “Bayer”lə uğurlara müvəffəq olmusan, bu da səni dünyada ən yaxşı mütəxəssislərdən biri edir. Səni böyük bir çağırış gözləyir, amma sən bilməli və xatırlamalısan ki, “Real”ın hər bir tərəfdarı səni sevir və sənə məhtundur. Əminəm, biz ortaq sevincimizi qarşılıqlı surətdə bölüşəcəyik. Madridə xoş gəlmisən, əziz Xabi”, deyə Florentino Peres vurğulayıb.

Xatırladaq ki, Xabi Alonso “Bayer”lə müqaviləsinə Leverkuzen klubu ilə qarşılıqlı razlıq əsasında erkən surətdə xitam verərək, “Real”ın sükanı arxasına keçib. Alonso “qaymaqlılar”ın baş məşqçisi vəzifəsində 65 yaşlı italyan mütəxəssis Karlo Ançelottini əvəzləyib. Ançelotti isə Braziliya millisinin sükanı arxasına keçib və mayın 29-dan etibarən “selesao”nun sükanı arxasında işə başlayacaq. Mütəxəssislər “Real”ın tarixində yeni dövrün başlandığı qənaətindədirlər.

Xəbəri sosial şəbəkələrdə paylaş: