Florentino Peres “dünya futbolunun əfsanəvi məbədi”ndən danışdı

“Real”ın prezidenti Florentino Peres mətbuat təmsilçiləri ilə Milad naharında “Santyaqo Bernabeu” stadionu haqda söhbət açıb.

Arena.az “Real”ın rəsmi saytına istinadən məlumat verir ki, Peres çıxışında, Madrid klubunun, “qaymaqlılar”ın doğma ev stadionu “Santyaqo Bernabeu”nun təmirini demək olar, başa çatdırdığını bildirib:

“Biz “Bernabeu”da işləri başa çatdırmaq üzrəyik. “Real” azarkeşinin arzusu gerçəkliyə çevrildi. Biz fəxr edirik ki, dünya futbolunun ən əfsanəvi məbədlərindən biri olan evimiz ən böyük memarlıq rəmzlərindən birinə – Madrid və İspaniyanın nailiyyətinə çevrildi. Yenilənmiş “Bernabeu” şəhərimiz və ölkəmiz üçün nüfuzdur. Bu, “Real”ın gələcəyi üçün çox mühüm mərhələ olacaq”, deyə Florentino Peres vurğulayıb.

17 oyundan 37 xalla “Real” İspaniya La Liqasının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: