Florentino Peres Joan Laportanın iddialarını cavablandırdı

“Real”ın prezidenti Florentino Peres “Barselona”nın rəhbəri Joan Laportanın “Kral klubu”nun ünvanına yönəlmiş iddialarını cavblayıb:

Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, ötən ilin oktyabrında Joan Laporta İspaniya hakimiyyətində sosioloji madridizm olduğunu iddia etmişdi:

“Onun yerində universal sosioloji madridizmin olduğunu söyləmək düzgün olardı. Çünki bu, həqiqətən mövcuddur. “Real” sosial şəbəkələrdə 500 milyondan çox izləyicisi olan, dünyada yeganə klubdur. Bütün planetdə nəhəng bir tərəfdar ordumuz var. Bəli, bu, ümumbəşəri sosioloji madridizmdir”, deyə Florentino Peres fəxrlə bildirib.

Vurğulayaq ki, hazırda “Real” mübarizə apardığı bütün cəbhələrdə inamlı futbol nümayiş etdirir və cari mövsümdə bütün qənimətlərə iddialıdır. “Kral klubu” “el klasiko”da əzəli rəqibi “Barselona” üzərində inamlı əzmkar qələbə qazanmağa da macal tapıb. Adətən “el klasiko”dan sonra bir müddət klublar arasında “söz atışması”nın artması bir ənənəyə çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: