“Real”ın prezidenti Florentino Peres prezident seçkilərində yenidən qalib gələrək, ardıcıl səkkizinci dəfə, bu klubun rəhbəri vəzifəsinə seçilib.
Arena.az xəbər verir ki, o, səslərin 64,1%-ni toplayaraq, yeganə rəqibi Enrike Rikelme üzərində üstünlük saxlayıb.
Beləliklə, Peres “kral klubu”na rəhbərliyini 2030-cu ilə qədər davam etdirəcək.
Bu seçki madridlilər üçün uzun fasilədən sonra rəqabətli keçən ilk prezident seçkilərindən biri kimi diqqət çəkib. Klub üzvləri Valdebebasdakı şəhərcikdə səs veriblər. Gün ərzində İspaniya mətbuatında Peresin üstünlüyü barədə müxtəlif “exit-poll” nəticələri dərc olunub. Yekunda Peresin ardıcıl 8-ci dəfə qalib gəldiyi dəqiqləşib.
Qeyd edək ki, Peres 2000-ci ildən bəri “Real”a rəhbərlik edir. Onun prezidentliyi dövründə Madrid təmsilçisi həm futbol, həm də basketbol komandaları ilə çoxsaylı titullar qazanıb. Amma 2025/2026-cı illər mövsümü klubun hər iki komandası üçün uğursuz alınıb. Halbuki, Madrid təmsilçisi 16 il idi, belə bir aqibətlə üzləşmirdi.
Yeri gəlmişkən, son iki mövsümü uğursuz keçirmiş “Real” qarşıdakı yay transfer bazarında “qaymaqlılar”ın heyətini xeyli gücləndirmək niyyətindədir. Artıq “kral klubu”nun yay transfer bazarlığına təxmin etdiyi məbləğ də məlumdur. Bildirilir ki, “Real” yay bazarlığına 200 milyon avro məbləğ xərcləmək niyyətindədir. Müvafiq məbləğin böyük hissəsinin məhz satış transferləri əsasında toplanacağı vurğulanır.


