Florian Qrilliç “Hoffenhaym”ı “Braqa”ya dəyişdi

Almaniyanın “Hoffenhaym” klubunun dayaq yarımmüdafiəçisi Florian Qrilliç Bundesliqa təmsilçisindən ayrılaraq “Braqa”ya keçib.

Arena.az bu barədə Portuqaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

Avstriyalı futbolçu “Hoffenhaym”ı azad agent kimi tərk edib. 30 yaşlı futbolçu “Braqa” ilə 2 illik müqaviləyə imza atıb.

Florian Qrilliç daha öncə “Valyadolid”, “Ayaks” və “Verder”də də oynayıb. O, “Hoffenhaym”ın heyəyində meydana çıxdığı 196 oyuna çıxıb, 9 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.

Avstriyanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında da oynamış Qrulliç 2017-ci ildə debüt etdiyi əsas millidə 53 oyuna çıxıb, 1 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: