Formula 1: Kimi Antonelli 3 tur sonra yenidən qalib oldu

Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsinin (10-cu qran-pri) həlledici yarışı baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Stavelotda təşkil olunub.

Stavelotda baş tutmuş Belçika qran-prisində “Mersedes”in gənc pilotu Kimi Antonelli qalib olub. 19 yaşlı italiyalı sürücü 44 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq zəfərini rəsmiləşdirib. Bu, onun həm cari mövsümdə, həm də karyerası ərzində 6-cı zəfərdir.

İkinci yeri “Ferrari”nin sürücüsü Şarl Lekler tutub. İlk üçlüyü “Red Bull”un pilotu Maks Ferstappen qapayıb.

Beləliklə, geridə qalmış 10 mərhələdən sonra Kimi Antonelli 204 xalla vahid liderdir. İkinci yerdə “Ferrari”nin sürücüsü Luis Hamilton (159) qərarlaşıb. “Mersedes”in digər pilotu Corc Rassel (154) ilk üçlüyü qapayır.

Mühəndislər Kubokunda “Mersedes” 358 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 285 xalla ikinci, “Maklaren” isə 195 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 11-ci qran-prisi Macarıstanda keçiriləcək. Bu yarış iyulun 26-da təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2026

Pilotların yarışında turnir cədvəli:

  1. Kimi Antonelli (Mersedes) – 204
  2. Luis Hamilton (Ferrari) – 159
  3. Corc Rassell (Mersedes) – 154
  4. Şarl Lekler (Ferrari) – 126
  5. Lando Norris (Maklaren) – 103
  6. Oskar Piastri (Maklaren) – 92
  7. Maks Ferstappen (Red Bull) – 91
  8. İsak Hacar (Red Bull) – 60
  9. Pyer Qasli (Alpin) – 42
  10. Liam Louson (Rasinq Bulls) – 39
  11. Arvid Linblad (Rasinq Bulls) – 22
  12. Franko Kolapinto (Alpin) – 19
  13. Oliver Berman (Haas) – 18
  14. Qabriel Bortoleto (Audi) – 10
  15. Karlos Sayns (Uilyams) – 6
  16. Aleksander Albon (Uilyams) – 5
  17. Esteban Okon (Haas) – 3
  18. Fernando Alonso (Aston Martin) – 1
  19. Niko Hulkenberq (Audi) – 0
  20. Serxio Peres (Kadillak) – 0
  21. Valtteri Bottas (Kadillak) – 0
  22. Lens Stroll (Aston Martin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Mersedes – 358
  2. Ferrari – 285
  3. Maklaren – 195
  4. Red Bull – 151
  5. Alpin – 61
  6. Rasinq Bulls – 61
  7. Haas – 21
  8. Uilyams – 11
  9. Audi –10
  10. Aston Martin – 1
  11. Kadillak – 0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: