Fransa klubu baş məşqçisiz qaldı

Fransanın “Strasburq” klubu baş məşqçisi Tyerri Lore ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 57 yaşlı mütəxəssisin klubla müqaviləsinin müddətini artırmaq istəmədiyi və bu üzdən də tərəflərin yollarını ayırdığı diqqətə çatdırılıb.

Qeyd edək ki, Tyerri Lore 2016-cı ildən “Strasburq”a rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında Liqa 1-dəki son mövsümü 15-ci pillədə başa vurub. Bütövlükdə isə Lore beş il ərzində bu komandanı 210 matça çıxarıb, 80 qələbə qazandırıb. 56 görüşdə heç-heçəyə razılaşan komanda, 74 oyunda da məğlubiyyətlə üzləşib.

Xəbəri sosial şəbəkələrdə paylaş: