Futbol üzrə Fransa kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.
“Nant” “Lans”ı, “Tuluza” isə “Rodez”i məğlub edərək yarımfinala vəsiqə qazanıb. Marsel “Olimpik”i isə aşağı liqa təmsilçisi “Ansi” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu matçın əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Ansi” sürpriz şəkildə Marsel “Olimpik”ini mübarizədən kənarlaşdırıb.
Xatırladaq ki, ilk oyun günündə Lion “Olimpik”i də yarımfinala vəsiqə qazanmışdı.
Fransa kubokunda yarımfinal mərhələsinin oyunları aprelin 5-də baş tutacaq.
Fransa kuboku
1/4 final
28 fevral
Olimpik (Lion) – Qrenobl 2:1
Qol: Barkola, 24. Jeffinyo, 38 – Sbai, 74.
1 mart
Nant – Lans 2:1
Qol: Delor, 31-pen; 59-pen – Fofana, 28.
Tuluza – Rodez 6:1
Qol: Abuxlal, 5. Van den Bomen, 7. Dallinqa, 10; 51. Çaibi, 21. Suazo, 38 – Yunussa, 69.
Olimpik (Marsel) – Ansi 2:2 (penaltilər 6:7)
Qol: Veretu, 29. Muqe, 90+6 – Dion, 53. Muanqa, 59.


