Fransa kubokunda sonuncu finalçı “Tuluza” oldu

Futbol üzrə Fransa kubokunda 2022/2023 mövsümünün yarımfinal mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.

Fransanın 2-ci liqasında mübarizə aparan “Ansi” doğma meydanda Liqa 1 təmsilçisi “Tuluza” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı matç elita təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Beləcə, ikinci finalçı “Tuluza” olub. Daha öncə “Nant” doğma meydanda Lion “Olimpik”ini tək qolla məğlub edərək həlledici oyuna vəsiqə qazanmışdı.

Beləliklə, Fransa kubokunda final qarşılaşması “Tuluza” ilə “Nant” komandaları arasında keçiriləcək. Həlledici oyun aprelin 29-da Sen-Denidəki “Stad de Frans”da təşkil olunacaq.

Fransa kuboku
Yarımfinal
5 aprel

Nant – Olimpik (Lion) 1:0
Qol: Blas, 57.

6 aprel

Ansi – Tuluza 1:2
Qol: Bosetti, 45+4-pen – Abuxlal, 36. Çaibi, 85.

Xəbəri sosial şəbəkələrdə paylaş: