Fransa millisi ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında (DÇ-2026) arzuolunmaz antirekorda imza atıb.
Arena.az xəbər verir ki, Didye Deşamın komandası mundialın üçüncü yer uğrunda İngiltərə ilə oyunun ilk hissəsində qapısında 4 top görüb.
Beləliklə, Fransa milli komandası 1968-ci ildən bəri ilk dəfə bir matçın ilk yarısında dörd qol buraxıb.
“Xoruzlar” sonuncu dəfə buna 1968-ci ilin aprelində Avropa çempionatının seçmə mərhələsində Yuqoslaviya ilə qarşılaşmada (1:5) yol vermişdilər. Həmin görüşdə də fransızlar ilk hissədə qapılarında dörd top görmüşdülər.
Qeyd edək ki, Fransa millisi DÇ-2026-nın üçüncü yer uğrunda keçirilmiş qarşılaşmada İngiltərəyə 4:6 hesabı ilə məğlub olub.
Mundialın həlledici görüşü isə bu gecə Argentina və İspaniya yığmaları arasında keçiriləcək.


