Fransa Neymarın transferi ilə bağlı korrupsiya qalmaqalını araşdırır

Fransa braziliyalı ulduz Neymarın “Barselona”dan PSJ-yə tarixi transferi ətrafında korrupsiya qalmaqalı ilə bağlı araşdırmalara başlayıb.

Arena.az məlumat verir ki, bu barədə istintaq hesabatını “Liberation” nəşri dərc edib.

Mənbənin məlumatına görə, Fransa Assambleyasının keçmiş vitse-prezidenti Yuq Renson və PSJ-nin ictimaiyyətlə əlaqələr üzrə sabiq direktoru Jan-Maryal Ribes vəzifəsindən istifadə edərək məxfi məlumatları əldə edə bilərdilər. Renson Neymarın müqaviləsində vergilərin azaldılmasına təsir etməkdə şübhəli bilinir. Bunun müqabilində deputatın PSJ-dən oyun biletləri və bir sıra başqa imtiyazlar aldığı iddia edilir.

İstintaqda sübut kimi bu işdə iştirak edən şəxslərin yazışmalarından istifadə edilir.

Xatırladaq ki, Neymarın PSJ-yə transferi hələ də futbol tarixinin ən bahalı transfer olaraq qalır. Fransa nəhəngi Neymarın transferi müqabilində “Barselona”ya 222 milyon avro məbləğində ödəniş edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: