Portuqaliya yığma komandasının və “Sportinq”in cinah hücumçusu Fransisko Trinkao bundan sonra “Əl-Əhli”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə Səudiyyə Ərəbistanı klubunun rəsmi saytına istinadən xəbər verir.
Portuqaliyalı vinger yeni klubu ilə 4 illik müqavilə imzalayıb. “Əl-Əhli” bu keçid üçün 40 milyon avro ödəyib. Müqavilədə əlavə 5 milyon avro bonus nəzərdə tutulub.
Fransisko Trinkao peşəkar karyerasına “Braqa”da başlayıb. “Barselona”, “Vulverhempton” kimi klublarda da çıxış etmiş vinger 2023-cü ildən “Sportinq”də çıxış edirdi. O, Lissabon təmsilçisinin heyətində 208 oyuna çıxıb, 47 qol vurub, 51 məhsuldar ötürmə müəllifi olub.
2020-ci ildən Portuqaliya yığmasında forma geyinən Trinkao 19 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


