Futbol agenti: “Futbolçular PSJ-ni pul kisəsi görürlər”

Futbol agenti Dmitri Selyuk PSJ-nin fransız ulduz hücumçusu Kilian Mbappe və Paris klubunun çıxışı haqda danışıb.

Arena.az “Dvijenie” idman radiosunun teleqram kanalına istinadən Dmitri Selyukun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“PSJ Fransa çempionluğunu qazanan yüksək səviyyəli klubdur. Parislilərin probleminin onların liqasının zəifliyi olduğunu deməzdim. PSJ-yə bir çox oyunçu pul kisəsi kimi baxır. Onlar ora nə isə udmaq üçün deyil, pul qazanmaq üçün gedirlər. Futbolçularda motivasiya yoxdur. Elə, Neymar, məğlubiyyətdən sonra kazinolara və klublara gedir, tüpürmək istərdi, heç vecinə də deyil.

Futbolçuları və məşqçini düzgün seçmək vacibdir. “Siti” də uzun müddətdir ki, Çempionlar Liqasını qazana bilmirdi. Xeyirlisi, mən şamanların lənətini götürdüm. Parislilərə, qələbə uğrunda gələn oyunçuları toplamaq gərəkdir.

Mbappeyə gəlincə, o, super futbolçudur. Ancaq 100 milyon almağa başlayandan sonra bir az xəriflədi. “Real”a keçəndən sonra daha çox toparlanacaq. Onun pul-para ilə hər şeyi qaydasındadır, hədəfi qənimət qazanmaq olacaq. Ona, “Kral klubu”nda oynamaq, təbii ki, maraqlı olacaq. Bunlar yeni iddialardır. PSJ-yə isə böyük uğurar qazanacaq yeni komanda yığmaq gərəkdir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: