Azərbaycan Basketbol Liqasında yeni mövsümə hazırlaşan “Gəncə” heyətinə yeni legioner basketbolçu cəlb edib.
Arena.az xəbər verir ki, sözügedən klub Amerika Birləşmiş Ştatlarından olan Derek Rouds ilə güclənib.
Bu barədə “Gəncə” klubu sosial şəbəkə hesabları vasitəsilə məlumat yayıb.
30 yaşlı basketbolçu 196 sm boya malikdir və hücumçu mövqeyində çıxış edir. Onun son klubu Meksikada “Tixuana” olub.


