“Gəncə” daha 3 amerikalı basketbolçu gətirdi

Azərbaycan Basketbol Liqasında 2023/2024 mövsümünə hazırlaşan “Gəncə” klubu heyətini yeni oyunçularla gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə Gəncənin eyniadlı təmsilçisi sosial şəbəkə hesabında məlumat yayıb.

Belə ki, sözügedən klub Culs Mur, İrşad Hant və Natan Sprinqsi heyətinə qatıb. Amerika Birləşmiş Ştatlarından olan hər üç oyunçu ilə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

204 sm boya malik Mur hücumçu mövqeyində oynayır. Onun son klubu ABŞ təmsilçisi “UNT Dallas” olub.

206 sm boya malik İrşad ampluaca hücumçudur. Onun son klubu Portuqaliya “Belenenseş”i olub.

Boyu 208 sm olan Natanın son klubu vətənində “Uinston-Salem State” olub. Sprinqs müdafiəçi mövqeyində oynayır.

Xatırladaq ki, “Gəncə” daha öncə digər amerikalı basketbolçular Tevon Horton və Derek Roudsla da mövsümün sonuna kimi anlaşdığını açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: