Azərbaycan Basketbol Liqasında yeni mövsümə hazırlaşan “Gəncə” klubu heyətinə yeni legioner basketbolçu cəlb edib.
Arena.az xəbər verir ki, sözügedən klub Amerika Birləşmiş Ştatlarından olan Tevon Hortonla güclənib.
Bu barədə Gəncənin eyniadlı klubu sosial şəbəkə hesabları vasitəsilə məlumat yayıb.
24 yaşlı basketbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
Tevon Horton müdafiəçi mövqeyində çıxış edir. Basketbolçu son mövsümü vətənində “Vest Virciniya” komandasında keçirib.
Xatırladaq ki, “Gəncə” ötən gün daha bir amerikalı basketbolçu – Derek Roudsla da müqavilə imzalandığını açıqlamışdı.


