“Gəncə”də Kenyon Dulinq şoku – Mövsümü erkən bitirdi

Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Gəncə”nin amerikalı üzvü Kenyon Dulinq üçün mövsüm erkən başa çatıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, legioner basketbolçunun Azərbaycan Basketbol Liqasının 11-ci turu çərçivəsində Gəncədə “Xəzri” ilə oyunda aldığı zədənin ciddi olduğu müəyyənləşib.

MRT müayinəsindən keçən Dulinqin dirsəyində qırıq aşkarlanıb. Bu səbəbdən Dulinq mövsümün sonuna kimi komandasına kömək edə bilməyəcək. Basketbolçunun müalicəsi vətənində aparılacaq.

Xatırladaq ki, Kenyon Dulinq “Gəncə”yə 2023-cü ilin oktyabr ayında cəlb olunmuş və 1 illik müqaviləyə imza atmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: