Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov vəfat edib.
Arena.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova sosial şəbəkə hesabında məlumat paylaşıb.
Qeyd edək ki, 57 yaşında dünyasını dəyişən Rəhimov bir neçə ay idi ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunurdu.
Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. O, 1981-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna qəbul olub və 1986-cı ildə oradan ingilis dili müəllimi ixtisası üzrə məzun olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 7 fevral 2006-cı il tarixli 1275 nömrəli Sərəncamına əsasən Rəhimov Azərbaycanın gənclər və idman naziri vəzifəsinə təyin edilib.


