AFFA prezidenti Rövnəq Abdullayev Məşqçilər Komitəsinin sədri, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovu yubileyi münasibəti ilə təbrik edib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gün veteran futbolçu, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovun 65 yaşı tamam olur. Rövnəq Abdullayev bu münasibətlə veteran futbolçuya cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.
“Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov da bu gün veteran futbolçu Vaqif Sadıqovu 65 illik yubileyi münasibətilə təbrik edib. Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, Sadıqov 1980-1987-ci və 1989-cu illər ərzində “Neftçi”nin heyətində 126 oyunda meydana çıxıb. 1993-1995, 2009-2010-cu illərdə komandamızı çalışdırmış təcrübəli mütəxəssis 1995-ci ildə baş məşqçi kimi “ağ-qaralar”a Azərbaycan Kubokunu və Super Kubokunu qazandırıb.




