Georgi Koçoraşvili “Sevilya”da

Portuqaliyanın “Sportinq” klubunun yarımmüdafiəçisi Georgi Koçoraşvili bundan sonra “Sevilya”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı gürcüstanlı futbolçu ilə müddəti 2030-cu ilin iyununa qədər nəzərdə tutulmuş 4 illik müqavilə imzalanıb. Transferin məbləğinin bonuslar nəzərə alınmadan təxminən 4 milyon avro olduğu bildirilir.

Georgi Koçoraşvili artıq yeni komandası ilə birlikdə bu gün “Atletik”lə keçiriləcək səfər oyununa yollanıb.

Gürcüstan millisinin üzvü ötən mövsüm “Sportinq”in heyətində 26 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə edib.

“Saburtalo”nun yetirməsi olan Koçoraşvili “Peralada”, “Levante”, “Kastelyon” kimi klubların da şərəfini qoruyub.

2023-cü ildən Gürcüstan millisində çıxış edən 27 yaşlı futbolçu meydana çıxdığı 26 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: