Gift Orban “Verona”da

Nigeriyalı mərkəz hücumçusu Gift Orban icarə müqaviləsi əsasında Almaniya klubu “Hoffenhaym”dan İtaliya “Verona”sına keçib.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

A Seriyası təmsilçisi 2025/2026-cı illər mövsümünün sonunadək satınalma şərti ilə icarəyə götürüb. “Verona” bir mövsümlük icarə üçün 500 min avro ödəyib.

Xatırladaq ki, “Hoffenhaym” Gifti bu ilin əvvəlində 9 milyon avro müqabilində Lion “Olimpik”indən transfer etmişdi. Futbolçunun bu klubla müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olan müqaviləsi mövcuddur. 23 yaşlı forvard Bundesliqa klubunda cəmi 13 oyuna çıxıb, 4 qola imza atıb.

Gift Orban Nigeriyanın “Bizon” klubunun yetirməsidir. Avropaya yol tapmış nigeriyalı hücumçu Norveçin “Stabek” klubunda əvvəlcə icarə, sonra isə tamhüquqlu əsasda çıxış edib, buradan “Gent”ə keçib. 2024-cü ilin yanvarında Lion “Olimpik”i Orbanı 14 milyon avroya “Gent”dən transfer edib.

“Transfermarkt” internet-portalı 23 yaşlı nigeriyalı mərkəz hücumçusunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Verona” İngiltərənin “Sauthempton” klubunun müdafiəçisi Armel Bella-Koçapı da icarəyə götürüb. 23 yaşlı futbolçu da bir mövsümlük icarəyə götürülüb. İtaliya klubu onun icarəsi üçün də 500 min avrosundan keçib.

Bella Koçap ötən mövsüm “Sauthempton”un heyətində cəmi 4 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: