Futbol üzrə Meksika yığmasının qapıçısı Gilyermo Oçoa bundan sonrakı karyerasını İtaliyada davam etdirəcək. Arena.az xəbər verir ki, 37 yaşlı qolkiper “Salernitana” ilə müqavilə imzalayıb.
Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. Oçoa “Salernitana”ya azad agent kimi keçib. Onunla 2023-cü ilin yayına qədər müqavilə imzalanıb. Meksikalı qolkiperin sözləşməsi yanvarın 2-dən qüvvəyə minəcək.
Gilyermo Oçoa son olaraq Meksikanın “Amerika” klubunun formasını geyinib. O, 2004-2011-ci illər aralığında şərəfini qoruduğu doğma klubuna 2019-cu ildə yenidən qayıtmaq qərarı vermişdi. Oçoa “San Luis”, “Ayaçço”, “Malaqa”, “Qranada”, “Standard” (Lyej) kimi klublarda da oynayıb.
Oçoa 2005-ci ildən dəvət aldığı Meksika millisinin heyətində 135 oyun keçirib.
Xatırladaq ki, “Salernitana” bu mövsüm İtaliya A Seriyasında 15 turdan sonra 12-ci yerdə qərarlaşıb.


