Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə Azərbaycan idmançılarının martın 1-nə olan reytinq cədvəlini açıqlayıb. Arena.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya 685 xalla bədii gimnastika üzrə qrup hərəkətləri komandası başçılıq edir.
Bədii gimnast Zöhrə Ağamirova 640 xalla ikinci sırada qərarlaşıb. İlk üçlüyü stend atıcılığı üzrə qarışıq komanda qapayır – 405 xal.
Xatırladaq ki, reytinq xallarının hesablanması GİN tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.
Mart ayının 1-nə olan reytinq cədvəlində ilk 30 sırada bu komandalar və idmançılar yer alıblar:
- Bədii gimnastika (komanda, qrup hərəkətləri) – 685 xal
- Zöhrə Ağamirova (bədii gimnastika) – 640 xal
- Stend atıcılığı (komanda, MİX) – 405 xal
- İvan Tixonov (idman gimnastikası) – 400 xal
- Balabəy Ağayev (cüdo) – 330 xal
- Zelim Kotsoyev (cüdo) – 330 xal
- Anna Başta (qılıncoynatma) – 310 xal
- Nikita Simonov (idman gimnastikası) – 285 xal
- Anna Skidan (atletika) – 275 xal
- Aleksis Kopello (atletika) – 255 xal
- Səid Mollayi (cüdo) – 245 xal
- Eldəniz Əzizli (yunan-Roma güləşi) – 240
- Nazim Babayev (atletika) – 235 xal
- Hidayət Heydərov (cüdo) – 230 xal
- Güləş üzrə milli komanda (yunan-Roma) – 220 xal
- Ruslan Lunyov (güllə atıcılığı) – 220 xal
- Məmmədəli Mehdiyev (cüdo) – 215 xal
- Yekaterina Sarıyeva (atletika) – 210 xal
- Zelim Tçkayev (cüdo) – 210 xal
- Uşanqi Kokauri (cüdo) – 205 xal
- Orxan Səfərov (cüdo) – 205 xal
- Ülvi Qənizadə (yunan-Roma güləşi) – 200 xal
- Həsrət Cəfərov (yunan-Roma güləşi) – 200 xal
- Elmar Qasımov (cüdo) – 190 xal
- Leyla Əliyeva (cüdo) – 180 xal
- Osman Nurməhəmmədov (sərbəst güləş) – 180 xal
- Nurlana Cəfərova (stend atıcılığı) – 175 xal
- Selcan Mahsudova (batut gimnastikası) – 170 xal
- Yaşar Nəcəfov (cüdo) – 170 xal
- Güllə atıcılığı üzrü milli komanda – 160 xal


