Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli üzvlərinin oktyabrın 1-nə (2023) olan reytinq cədvəlini açıqlayıb.
Arena.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya 610 xalla bədii gimnast Zöhrə Ağamirova başçılıq edir.
540 xala malik Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikincidir. Stend atıcılığı üzrə yığmamız (MİX) isə üçüncü sıraya yüksəlib.
Xatırladaq ki, reytinq xallarının hesablanması GİN tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.


