“GiveMeSport” Kristiano Ronaldonu tarixin ən yaxşısı elan etdi

Britaniyanın “GiveMeSport” nəşri öz seçimi əsasında tarixin ən məşhur futbolçularından ibarət siyahısını təqdim edib.

Arena.az məlumat verir ki, siyahının tərtibində meyarlar oyunçunun beynəlxalq şöhrəti, oyun xüsusiyyətləri və karyerası zamanı və karyerasından sonrakı təsiri olaraq qəbul edilib.

Müvafiq siyahını zirvəsində Portuqaliya yığmasının və “Əl-Nəsr”in ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo yer alıb. “Kriş” əzəli rəqibi, Argentina yğmasının və “İnter Mayami”nin ulduz hücumçusu və kapitanı Lionel Messini üstələməyi bacarıb.

“GiveMeSport” nəşrinə görə tarixin ən məşhur futbolçularından ibarət onbirliyi təqdim edirik:

1. Kristiano Ronaldo (Portuqaliya);

2. Lionel Messi (Argentina);

3. Devid Bekhem (İngiltərə);

4. Dieqo Maradona (Argentina);

5. Pele (Braziliya);

6. Ronaldo (Braziliya);

7. Ronaldinyo (Braziliya);

8. Corc Best (Şimali İrlandiya);

9. Zinəddin Zidan (Fransa);

10. Yohan Kroyf (Niderland);

11. Zlatan İbrahimoviç (İsveç).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: