Türkiyənin “Göztəpə” klubunun yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Nestor El Maestro çalışdıracaq.
Bu barədə İzmir klubunun mətbuat xidməti məlumat yayıb. Serbiyadan olan mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Maestronun son iş yeri Səudiyyə Ərəbistanının “Əl Taavun” klubu olub. 38 yaşlı mütəxəssis daha öncə “Şturm Qraz”, ÇSKA (Sofiya), “Spartak” (Trnava) kimi klublarda da baş məşqçi kimi çalışıb.
Nestor El Maestro baş məşqçi postunda bir neçə gün əvvəl istefaya göndərilən Ünal Karamanı əvəz edib.
Qeyd edək ki, “Göztəpə” Türkiyə Super Liqasında bu mövsüm keçirdiyi 3 oyundan sonra 2 xalla 14-cü pillədə qərarlaşıb.


