“Göztəpə” serbiyalı baş məşqçi ilə vidalaşdı

Türkiyənin “Göztəpə” komandasının baş məşqçisisi Nestor El Maestro istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İzmir klubu 39 yaşlı mütəxəssisin müqaviləsini vaxtından əvvəl ləğv edib. Serbiyalı mütəxəssisə gələcək karyerasında uğurlar arzulanıb.

Nestor El Maestro 2021-ci ilin sentyabrından bu komandaya rəhbərlik edirdi. “Göztəpə” bu mövsüm Türkiyə Super Liqasında 28 turdan sonra 27 xalla 17-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: