Finlandiyanın HJK klubunun türkiyəli qapıçısı Halil Bağcı bundan sonra “Qaziantep” komandasının uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
20 yaşlı qolkiperlə 2,5 illik müqavilə imzalanıb. Türkiyə klubu onun transferi üçün Helsinki təmsilçisinə təzminat ödəmək məcburiyyətində qalmayıb.
Halil Bağcı Türkiyənin “Ankaragücü” klubunun yetirməsidir. O, 2022-ci ilin aprel ayında Ankara klubundan ayrılaraq HJK klubu ilə müqavilə bağlamışdı. Lakin burada möhkəmlənə bilməyən qolkiper Finlandiyanın digər klubu “Salon Palloiliyat”a icarəyə verilmişdi.