Haris Belkebla və Jak Ekomi “Anje”də

Fransanın “Anje” klubu heyətini iki yeni futbolçu – mərkəs yarımmüdafiəçisi Haris Belkebla və sol cinah müdafiəçi Jak Ekomi ilə gücləndirib.

Arena.az bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Səudiyyə Ərəbistnının “Ohod” klubundan azad agent kimi gəlmiş Belkebla ilə 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə imzalanıb.

Fransanın digər təmsilçisi “Bordo”dan “Anje”yə cəlb olunmuş Ekomi isə 3 illik sözləşməyə imza atıb. O da yeni klubuna azad agent kimi qoşulub.

Haris Belbebla peşəkar karyerasına “Valensyen”də başlayıb. O, Fransada “Tur” və “Brest”də də çıxış edib. 2023-cü ilin sentyabr ayından “Ohod”da oynamağa başklamış əlcəzairli futbolçu sözügedən komandanın heyətində 30 oyuna 1 qol vurub.

Belkebla 2019-cu ilin noyabr ayında debüt etdiyi Əlcəzairin əsas milli komandasnın heyətində 11 oyun keçirib. 30 yaşlı futbolçu bu oyunlarda 1 assistlə yadda qalıb. O, ölkəsinin Olimpiya yığmasının da formasını geyinib.

“Transfermarkt” internet-portalı 30 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,7 milyon avro məbləğində qiymətləndirir.

Jak Ekomi isə Fransanın “Merinyak” klubunun yetirməsidir. O, 2021-ci ildən “Bordo”nun sıralarında çıxış edirdi. 2022-ci ildən bu klubun əsas komandasına cəlb olunmuş 20 yaşlı futbolçu, burada 35 oyun keçirib.

Jak Ekomi 2023-cü ildən Qabon yığmasına cəlb olunur. O, ötən ilin martında debüt etdiyi yığmada 8 oyun keçirib, fərqlənə bilməyib.

“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 700 min avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: