Harri Keyn Bundesliqada 100-ə hamıdan tez açtdı

İngilis hücumçu Harri Keyn Almaniya Bundesliqasında 100-cü qolunu vurub və turnir tarixində bu göstəriciyə ən sürətli çatan futbolçu olub.

Arena.az xəbər verir ki, “Bayern”in 32 yaşlı forvardı bu nailiyyətə Bundesliqanın 4-cü turunda “Union Berlin”lə oyunda imza atıb.

O, matçın 39-cu dəqiqəsində penaltini dəqiq yerinə yetirərək hesabına 100-cü qolu yazdırıb.

Keyn Bundesliqada 100 qol vurmaq üçün cəmi 98 oyuna çıxıb. Əvvəlki rekord almaniyalı Diter Müllerə məxsus idi. O, bu həddə 129 matçda çatmışdı.

Xatırladaq ki, Harri Keyn 2023-cü ildən “Bayern”də çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 51 oyuna çıxıb, 61 qol vurub və 3 məhsuldar ötürmə verib. 2025/2026-cı illər mövsümündə isə ingilis hücumçu Münhen təmsilçisi ilə Almaniya çempionu olub, Almaniya Kubokunu və Almaniya Super Kubokunu qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: