Hasan Ali Kaldırım “Başakşəhər”dən ayrıldı

Türkiyənin “Başakşəhər” komandasının müdafiəçisi Hasan Ali Kaldırım Super Liqa klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Klub müdafiəçiyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Hasan Ali Kaldırım 2020-ci ilin avqust ayından “Başakşəhər”də forma geyinirdi. Təcrübəli sol cinah müdafiəçisi bu komandanın heyətində 63 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Almaniyada dünyaya göz açmış Hasan, karyerasının ilk illərində bu ölkənin “Kayzerslautern” və “Maynts” klublarının gənclərdən ibarət komandalarında forma geyinib. O, “Başakşəhər”dən əvvəl Türkiyədə “Kayserispor” və “Fənərbaxça”nın da uğurları üçün çalışıb. Müdafiəçi Türkiyə milli komandasında da 32 oyun keçirib. O, bu oyunlarda 1 qol da vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: