“Beşiktaş”ın yeni prezidenti Hasan Arat komandanın əsas heyətindən kənarlaşdırılmış 5 futbolçu ilə bağlı açıqlama verib.
Arena.az xəbər verir ki, o, “ağ-qaralar”ın idarə heyətinin iclasında bunları söyləyib:
“Klubumuzun verdiyi komandadan kənarlaşdırma qərarı təsirli oldu. Qərara tabe olan futbolçular bizimlə görüşüb, lazım olanı edəcəklərini bildirdilər. İnanıram ki, onlar “Beşiktaş”ın futbolçusu olmaq ümidlərini doğruldacaqlar. Qış transfer pəncərəsində lazımi transferləri etmək üçün bütün səylərimiz davam edir”.
Bundan başqa komandadan kənarlaşdırılan futbolçular haqqında çıxan transfer iddialarını yalanlayan Hasan Arat, mətbuat üzvlərinə hörmətlə yanaşdığını, amma klubun özündən rəsmi xəbər verilmədiyi vaxtda heç bir yazılan xəbərə inanmamağı bildirib.
Xatırladaq ki, “Beşiktaş”ın mətbuat xidməti dekabrın 11-də Vensan Abubakar, Valantin Rozye, Erik Bayi, Rəşid Gezzal və Jan Onananın əsas komandadan kənarlaşdırıldıqlarını açıqlamışdı. Onlar məşqlərə də buraxılmır. Bu futbolçulardan hansıların və dəqiq nə vaxt bağışlanacağı hələ bilinmir.
Nihad Əsədov


