Türkiyənin “Hatayspor” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Serkan Özbalta çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
“Hatayspor”u son olaraq Ömər Ərdoğan çalışdırıb. Sözügedən komanda onun rəhbərliyi altında geridə qalan mövsümü 53 xalla 20 iştirakçı arasında 12-ci pillədə başa vurub.
Serkan Özbalta isə geridə qalan mövsümdə “Altay”a rəhbərlik edib. O, bu komandanı 7 oyuna çıxarıb, 3 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətdən sonra istefaya göndərilib. Gənc mütəxəssis daha öncə “Manisa” və “Keçiörengücü”nü də çalışdırıb.


