Almaniya Bundesliqasında yerini qorumaq uğrunda İkinci Bundesliqa təmçilçisi “Elversberq”lə qarşılaşmış “Haydenhaym” istəyinə çatıb.
Arena.az məlumat verir ki, evdəki ilk oyunda 2:2 hesablı heç-heçə oynamış bu komanda səfərdəki cavab oyununda 2:1 hesablı qələbə sayəsində Bundesliqadakı qeydiyyatını qoruyub-saxlaya bilib.
Maraqlıdır ki, qonaqlar qələbə qolunu əsas vaxta artırılmış 5-ci dəqiqədə (90+5) vurublar.
Xatırladaq ki, “Haydenhaym” Almaniya Bundesliqasının 2024/2025-ci illər mövsümünü 29 xalla yarış cədvəlinin 16-cı pilləsində başa vurmuş və İkinci Bundesliqa təmsilçisi ilə ələmə oyunlarında işitak etməli olmuşdu. “Elversberq” isə İkinci Bundesliqanı 58 xalla 3-cü bitirmiş və ələmə oyunlarına vəsiqə qazanmışdı.


