Höccət Haqverdi millinin düşərgəsini tərk etdi

“Neftçi”nin mərkəz müdafiəçisi Höccət Haqverdi futbol üzrə Azərbaycan milli komandasının düşərgəsini tərk edib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Höccət Haqverdi ötən il noyabrın 20-də Şimali Makedoniya ilə keçirilən beynəlxalq yoldaşlıq oyununda qırmızı vərəqə ilə cəzalandırılmışdı. Bu üzdən də futbolçu İordaniya millisinə qarşı matçda iştirak edə bilməyəcəyi üçün milli komandadan ayrılıb.

Xatırladaq ki, millimiz sentyabrın 12-də beynəlxalq yoldaşlıq oyunu çərçivəsində “Dalğa Arena”da İordaniya millisi ilə qarşılaşacaq. Bu oyuna saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: