Humberto Bettenkur – Kabo Verde millisinin yeni baş məşqçisi!

51 yaşlı futbol mütəxəssisi Humberto Bettenkur Kabo Verde milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunub.

Arena.az bu barədə Kabo Verde Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.

Kabo Verdedən olan məşqçi ilə müqavilənin müddəti hələlik açıqlanmayıb.

Xatırladaq ki, bu, Humberto Bettenkurun baş məşqçi kimi ilk ciddi sınağıdır. O, 2020-ci ilin yanvar ayından milli komandanın sabiq baş məşqçisi Bubiştanın köməkçisi vəzifəsində çalışırdı. Federasiya rəhbərliyi bu yay keçirilmiş dünya çempionatından (DÇ-2026) sonra istefa vermiş Bubiştanın yerinə məhz komandanı yaxşı tanıyan Bettenkura güvənməyə qərar verib.

Bubiştanın rəhbərliyi altında Kabo Verde milli komandası DÇ-2026-nın 1/16 finalına qədər yüksəlmişdi. Bu mərhələdə isə komanda Argentinaya məğlub olmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: