Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin yekunları üzrə rəmzi komandanı açıqlayıb.
Arena.az IFFHS-in rəsmi saytına istinadən, təşkilatın seçimi üzrə cari ilin rəmzi komandasının heyətini diqqətinizə çatdırır:
Qapıçı: Emiliano Martines (Argentina);
Müdafiəçilər: Daniel Karvaxal (İspaniya), Ruben Dias (Portuqaliya), Antonio Rüdiger (Almaniya), Alfonso Deyvis (Kanada);
Yarımmüdafiəçilər Rodri (İspaniya), Cud Bellingem (İngiltərə), Toni Kroos (Almaniya);
Hücumçular: Lamin Yamal ( İspaniya), Erlinq Haland (Norveç), Vinisius Junior (Braziliya).


