İlk finalçı “Yuventus” oldu – İtaliya kuboku

Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinin cavab görüşləri keçirilir.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Yuventus” doğma meydanda “İnter”lə qarşılaşıb. Səfərdə Milan təmsilçisini 2:1 hesabıyla üstələmiş Turin klubu evdə qolsuz bərabərliyə nail olmaqla ilk finalçı olub.

Digər finalçının adına “Atalanta” – “Napoli” matçında aydınlıq gələcək.

İtaliya kuboku
Yarımfinalın cavab oyunları
9 fevral

Yuventus – İnter 0:0 (ilk oyun 2:1)

10 fevral

23:45. Atalanta – Napoli (0:0)